Qazaxıstan Mərkəzi Asiyada xərçəng xəstələri üçün proton terapiyasından istifadə edən ilk ölkə olacaq
30.10.2023 12:31

Gələn il Mərkəzi Asiyada xərçəng xəstələrinə proton terapiyası verən ilk onkoloji mərkəz Qazaxıstanda açılacaq.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, Qazaxıstan Baş Nazirliyinin verdiyi məlumata görə, baş nazir Əlihan İsmayılov Astanada gələn il istifadəyə veriləcək Milli Elmi Onkologiya Mərkəzinin yeni binası ilə tanış olub.


Ölkədə hər il 37 mindən çox xərçəng hadisəsinin və 13 mindən çox xərçənglə bağlı ölüm faktının qeydə alındığı barədə məlumatı paylaşan İsmayılov, “Çətin bir layihə idi, lakin tikintidə müvafiq təcrübəyə malik beynəlxalq şirkət iştirak etdi. Məqsəd mərkəzin beynəlxalq standartlara uyğunluğunu təmin etməkdir”, dedi.


Baş nazir 2024-cü il avqustun 1-dək mərkəzin tam gücü ilə istifadəyə verilməsi üçün lazımi prosesin aparılmasını tapşırıb.


Tikinti işlərinin 90 faizinin artıq yekunlaşdığı, radiasiya və nüvə təbabəti sahəsində yüksək texnologiyalarla təchiz edilmiş 210 nəfərlik çarpayılıq mərkəzdə proton terapiya mərkəzi də fəaliyyət göstərəcək.


Qazaxıstan Mərkəzi Asiyada xərçəng xəstələri üçün proton terapiyasından istifadə etməyə başlayan ilk ölkə olacaq.


Mərkəzin onkoloji cərrahı Adilbek Mukacanov mövzu ilə bağlı jurnalistlərə açıqlamasında deyib: "Bu, Qazaxıstan və Orta Asiyada proton terapiyasının aparılacağı yeganə mərkəz olacaq. Dünyada belə mərkəzlərin sayı 100-ü keçmir".


O, proton terapiyasının xüsusiyyətlərini açıqlayıb: "Ən mühüm xüsusiyyət şüalanmanın daha məqsədyönlü olmasıdır. Bu, uşaqlar və zəifləmiş xəstələrə gəldikdə xüsusilə vacibdir. Minimum radiasiyaya məruz qalmasını və ətrafdakı toxumaların minimal zədələnməsini təmin edir. Eyni zamanda, ikinci dərəcəli şüalanma şişlərinin inkişaf ehtimalı da minimuma endiriləcəkdir".

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev