Barmaqların və dırnaqların dəyişməsi bir çox xəstəliklərin əlamətidir
29.10.2023 19:56

Professor Sərvət Altay barmaq və dırnaqlarda baş verən dəyişikliklərin bir çox xəstəliklərin əlaməti olduğunu bildirib.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, profesor adətən həkimlərin fiziki müayinədən keçərək bir çox xəstəliklərin ilkin diaqnozunu qoya biləcəyini, eyni zamanda bəzi xəstəliklərin də qabaqcıl müayinə və görüntüləmə testlərinə ehtiyac olmadan təsbit edilə biləcəyini deyib.


"Ələ, barmaqlara və dırnaqlara baxaraq bəzi xəstəliklərdən şübhələnirik. Əllərində, barmaqlarında və dırnaqlarında dəyişiklik görənlər həkimə müraciət etməlidirlər”,- deyə mütəxəssis tövsiyə edib.


"Əgər dırnaqlar çox ağarırsa, bu, qaraciyər sirrozu kimi bir xəstəliyin əlaməti ola bilər. Barmaqlarda və dırnaqlarda sıyrıqlar varsa, bu, qan azlığının əlaməti ola bilər. Barmaqlarda ləkələr varsa, bu, qaraciyər sirrozu kimi bir xəstəliyin, yaxud revmatik xəstəliklərin əlaməti ola bilər. Əgər barmaq bənövşəyi rəngə çevrilibsə, qan xəstəlikləri və ürək çatışmazlığı görülə bilər”, - həkim vurğulayıb.


Qeyd edib ki, çubuq formalı barmaq ürək xəstəlikləri və KOAH kimi xəstəliklərin əlamətidir. Dırnaqda cizgilər görsək ağlımıza revmatik xəstəliklər gəlir. Ona görə də biz sadəcə dırnağa və barmağa baxmaqla xəstəlikləri görə bilirik.


Barmaq və dırnaqlarda baş verən dəyişikliklərin əhəmiyyətini vurğulayan professor "İnsanın barmaq və dırnaqlarında anomaliya varsa, revmatizm, ürək çatışmazlığı, ağciyər və hematoloji xəstəlikləri araşdırmaq lazımdır. Barmaqlar və dırnaqlar insanın aynasıdır. Onlara baxanda bir çox xəstəliklər görə bilərik” deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev