ATU-da ingilis dilində təhsilə xüsusi önəm verilir
27.10.2023 13:35

Azərbaycan Tibb Universitetində (ATU) ingilis dilində dərs deyən və gələcəkdə bu dildə tədris aparacağı planlaşdırılan müəllimlərin dil biliklərinin yoxlanması üçün imtahan keçirilib. Məqsəd ATU-da ingilis dilində təhsil alan əcnəbi tələbələr üçün tədrisin keyfiyyətinin daha da artırılması,  həmçinin müəllimlərin və kafedralara yeni qəbul olunan gənc əməkdaşların  özünü inkişafına dəstək olmaqdır. 

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

İki hissədən ibarət imtahanda müəllimlərin həm yazılı, həm də şifahi  ingilis dili bilikləri yoxlanılıb. Sınaq prosesi tender nəticəsində qalib olmuş şirkətin ekspertləri tərəfindən aparılıb.  İmtahan nəticələrinə əsasən, müəllimlərin müəyyən qrupu üçün universitet tərəfindən ingilis dili kursları təşkil olunacaq. 

 

Qeyd edək ki, hazırda Azərbaycan Tibb Universitetində 55 ölkədən 2900-a yaxın əcnəbi vətəndaş təhsil alır. Onların 45 faizi ingilis dilində təhsil alırlar. Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının qərarına əsasən, hər 3 ildən bir ATU-da ingilis dilində tədris aparan müəllimlərin ingilis dili biliklərinin monitorinqi aparılır. Bundan əlavə, 2024-2025-ci tədris ilindən etibarən ingilis dilində dərs keçmək haqqı əldə edən müəllimlərin əmək haqlarının differensiallaşdırılması planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır