Mərkəzi Gömrük Hospitalının şöbə rəisi: "Təcili yardımın çağırışa çatma müddəti maksimum 20 dəqiqədir"
27.10.2023 08:48

Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım bölməsi hər növ təcili və təxirəsalınmaz müdaxilələr üçün yüksəkixtisaslı tibbi heyəti ilə 7/24, hər bir ünvanda operativ şəkildə tibbi yardım göstərməyə hazırdır. Təcili yardım briqadası yüksəkixtisaslı həkim, tibb bacısı və ilkin təcili yardım təlimi almış sürücü-paramedikdən ibarətdir. Təcrübəli və dinamik tibbi komanda ilə birlikdə həm xəstəxana şəraitində, həm də hadisə yerində fasiləsiz və operativ olaraq təcili tibbi yardım xidməti göstərir.

 

Aztibb.az xəbər verir ki, Hospitalın Təcili Yardım şöbəsinin rəisi Nərgiz Kərimova bildirib ki, briqadaların müasir portativ avadanlıq dəsti ilə təchiz olunması vəziyyətin ağırlığından asılı olmayaraq, xəstələrə tibbi yardım göstərməyə, eləcə də, ağciyərlərin süni tənəffüsünə ehtiyacı olanların daşınmasına imkan verir. Təcili yardımın çağırışa çatma müddəti maksimum 20 dəqiqədir. Bir çox hallarda daha tez, yaxın ünvanlara hətta 3 dəqiqəyə çatırlar.

 

Şöbə rəisi qeyd edib ki, Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardımına məxsus 905 nömrəli çağrı mərkəzi 24 saat əhalinin xidmətindədir. Öz bilik və bacarıqlarını daima yeniləyən ambulans heyəti təcili yardım üçün müraciət edən xəstələrə dəqiqələr ərzində həyati vacib tibbi xidmət göstərmək qabiliyyətindədir.

 

"Hər kəs sağlamlıq və həyat üçün təhlükəli olan bir vəziyyətə düşərsə, ilk növbədə 905 nömrəsinə zəng vurmaqla "təcili yardım” çağırmalıdır. İdeal halda – kömək edənlərdən biri "təcili yardım”a zəng etməli, digəri isə ləngimədən zərərçəkənə həkiməqədərki ilk tibbi yardım göstərilməsinə başlamalıdır. Həyat üçün təhlükəli olan bu hallarda "təcili yardım” çağırılması mütləq tələb olunur.

 

"Təcili yardım”a zəng etdikdə həyəcanlanmayın, ünvanınızı (küçənin adı, evin, blok və mənzilin nömrəsi, mərtəbə) dəqiqliklə söyləyin, xəstənin adını və yaşını, onunla nə baş verdiyini, hazırda vəziyyətinin necə olduğunu qısa izah edin. "Təcili yardım”ın dispetçerinin bütün suallarına təmkinlə, hirslənmədən cavab verin. Çünki bu önəmlidir. "Təcili yardım” ünvanınızı tapmaqda çətinlik çəkdiyi halda sizə zəng vurmaq üçün mütləq öz telefon nömrənizi də verin. Zəng vurarkən telefon aparatının yanında kağız və qələm də saxlayın, - ola bilər ki, "təcili yardım” gələnə qədər həkim sizə bəzi məsləhətlər də versin. Heç bir halda, "təcili yardım”ın dispetçeri telefon danışığını özü bitirməyənə qədər onunla əlaqəni kəsməyin. "Təcili yardım” maşınını qarşılamaq üçün mütləq küçəyə çıxın. Yaşadığınız ərazini tapmaq çətin olduğu halda (özəl ev, yeni tikilən binalar və s.) bu xüsusilə vacibdir. Bu yolla siz vaxta xeyli qənaət edərək "təcili yardım”ın sizə daha tez çatmasına yardım edərsiniz", deyə Nərgiz Kərimova əlavə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev