Lahıc Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya
22.10.2023 14:23

TƏBİB-in tabeliyindəki İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət briqada hər həftənin şənbə günü rayonun ucqar kəndlərində vətəndaşları müayinə edir.

 

Bu barədə Aztibb.az-a Rayon Xəstəxanasından bildirilib.

 

Həkimlərin növbəti xəstə qəbulu Lahıc Ailə Sağlamlıq Mərkəzində baş tutub.

 

ASM-in tibb bacısı Zemfira Əliyevanın təşkilatçılığı ilə endokrinoloq Səmayə Bağırova, terapevt Sevinc İsmayılova, pediatr Maya Məmmədova xəstələri müayinə edib, lazımi müalicə və məsləhətlərini veriblər. Daha ətraflı diaqnostik müayinəyə ehtiyacı olan xəstələr isə Mərkəzi Xəstəxanaya yönləndiriliblər.

 

Məqsəd ucqar kəndlərimizdə yaşayan, müayinə və müalicə olunmaq üçün rayon mərkəzinə gəlməkdə çətinlik çəkən insanlara, eyni zamanda aztəminatlı əhaliyə tibbi xidmətlərin əlçatanlığını təmin etməkdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub