İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə keçirilən tibbi aksiyada 260 nəfər iştirak edib
20.10.2023 14:17

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə tibbi aksiya təşkil edilib.

 

Aztibb.az-a Agentlikdən verilən xəbərə görə, aksiyanın keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin sağlamlığı ilə bağlı problemlərini erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.

 

Tibbi müayinələrə Agentlik tərəfindən Nizami Tibb Mərkəzi, 8 saylı Uşaq Poliklinikasının həkim heyəti cəlb edilib. Aksiya çərçivəsində Bakı şəhərində 3 uşaq sığınacağının sakinləri və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin üzvləri terapevt, pediatr, cərrah, ginekoloq nevroloq, oftalmoloq, kardioloq və dermatoloq tərəfindən müayinə ediliblər. Aksiyada ümumilikdə 260 nəfər iştirak edib.

 

Uşaq və qadınların sağlamlığının ümumi vəziyyətinin dəyərləndirilməsi üçün laborator analizlər də aparılıb. Laborator analizlərin nəticələrinə əsasən bəzi şəxslərdə vitamin D defisiti müşahidə olunub. Bəzi müayinə nəticələrinə əsasən isə stasionar müayinə və müalicəyə ehtiyac yaranıb. Müayinədən keçən şəxslərin bəzilərində fimoz diaqnozu, adenoid hipertrofiyası və xroniki tonzillit, ürək ritminin pozulması, soltərəfli qasıq yırtığı və burun çəpər əyriliyi aşkarlanıb. Həmin şəxslər Agentliyin dəstəyi ilə aidiyyəti üzrə əməliyyat və müalicələrə yönəldiliblər.

 

4 ay öncə keçirilən müayinə və müalicələrin nəticəsində aşkarlanan dəri xəstəliklərinin sayında təkrar müayinələr zamanı azalmalar müşahidə olunub.

 

Müayinə edilmiş şəxslər nəticələrə əsasən həkim təyinatına uyğun dərman preparatları ilə ödənişsiz təmin ediliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub