Respirator xəstəliklərin yayılmasında artım olacaq - Səhiyyə Nazirliyi
22.10.2020 16:16

Hər il olduğu kimi, bu il də ölkədə kəskin respirator virus infeksiyası xəstəliklərinin yayılmasında artım olacaq.

 

Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.

 

O, qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi qaydaya uyğun olaraq, hər ilin 40-cı həftəsindən kəskin respirator virus infeksiyası xəstəliklərinin payız-qış mövsümünə start verilir: “Artıq 3-cü həftədir ki, bu mövsüm başlayıb. Son 5 illə müqayisədə qripə yoluxma sayında artım müşahidə olunmur”.

 

Nazirlik rəsmisi əlavə edib ki, COVID-dən qorunma həm də digər respirator infeksiyalardan qorunmağa gətirib çıxarır.

 

Qripə qarşı vaksinlərin artıq Azərbaycana gətirildiyini deyən N.Mürsəlova qeyd edib ki, vaksinasiya könüllülük əsasında həyata keçirilir.

 

O, indiyədək peyvənd edilən insanlar arasında hər hansı narahatlığın qeydə alınmadığını da nəzərə çatdırıb.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb