Bioloji qocalmanın ən dəqiq testi hazırlanıb
19.10.2023 11:14

Qlazqo Universiteti və Karolinska İnstitutundan olan tədqiqat qrupu bioloji qocalmanın ən dəqiq testini yaradıb.

Aztibb.az “Medical Xpress” nəşrinə istinadən yazır ki, bədənin faktiki qocalmasının xronoloji yaşdan nə qədər fərqləndiyini ölçən epigenetik saat üçün test DNT metilasiya işarələrinin biokimyəvi analizinə əsaslanır.

Onu inkişaf etdirmək üçün xroniki böyrək xəstəliyi olan 400-dən çox xəstənin məlumatları öyrənilib və daha sonra 100 nəzarət qrupu ilə müqayisə edilib.

Alimlər həmçinin qan biomarkerlərindən və dəri avtoflüoresansından istifadə ediblər. Müxtəlif testlərin effektivliyi böyrək transplantasiyasından və ya dializ müalicəsinin başlanmasından bir il sonra yoxlanılıb.

Məlum olub ki, xroniki böyrək çatışmazlığı olan xəstələrdə bioloji qocalma sağlam insana nisbətən daha tez baş verir. Üstəlik, bu, dializ başlayandan sonra da baş verir və yalnız böyrək transplantasiyasından sonra dayanır.

Bütün epigenetik saat qiymətləndirmə sistemlərinin təxminən eyni nəticələrinə baxmayaraq, müəlliflər sağlam toxuma üzərində sınaqdan keçirildikdə onların hamısının müxtəlif dərəcədə qeyri-dəqiq olduğu qənaətinə gəliblər. Bununla belə, onların yeni metodu həm sağlam, həm də qeyri-sağlam toxumalarda klinik şəraitdə sınaqdan keçirildikdə ən dəqiq nəticələri göstərib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev