Alimlər uşaqların COVID-19-u niyə yüngül keçirdiyini izah ediblər
19.10.2023 09:48

Körpələrin COVID-19-u həmişə yüngül keçirməsi demək olar ki, hamıya məlumdur.

Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, Stanford Universitetinin alimləri bu məqsədlə tədqiqat aparıblar.

Körpələr də əhalinin bütün digər qrupları kimi koronavirusa yoluxurlar. Bununla belə, azyaşlı uşaqlarda COVID-19 sürətlə və heç bir ağırlaşma olmadan keçir. Alimlər xəstəliyin yüngül gedişatını hansı mexanizmlərin təmin etdiyini öyrəniblər.

Tədqiqatçılar COVID-19 olan iki yaşından kiçik 54 uşaqdan qan və burun seliyindən nümunələr götürüblər. Bütün yoluxmuş uşaqlarda xəstəliyin yüngül simptomları olub. Araşdırmaya koronavirusa yoluxmuş böyüklər də daxil edilib.

COVID-19-u olan böyüklərin qanında bədəndə iltihabın olduğunu göstərən siqnal zülallarının səviyyələrində əhəmiyyətli artım görülüb.

Uşaqlarda isə burun boşluqlarında bu zülalların yüksək konsentrasiyası aşkar edilib, qanda onların səviyyəsi normal olaraq qalıb.

Çox güman ki, körpələrin burun mikroflorası koronavirus infeksiyasını boğmağa qadirdir və onun orqanizmə daxil olmasının qarşısını ala bilib.

Tədqiqatçılar bu kəşfin burun selikli qişasının qoruyucu funksiyasını stimullaşdıran burun spreylərinin inkişafı istiqamətində bir addım ola biləcəyini təklif ediblər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev