Təxirə salma davranışı xəstəlikdir, yoxsa sadəcə tənbəllik?
10.10.2023 12:33

Təxirə salırıq... Nəyisə təxirə salarkən, çox vaxt həyatı əldən verdiyimizi bilmədən edirik. Ancaq bunun xəstəliyin əlaməti ola biləcəyini bilirdinizmi?

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, psixiatr Erman Şentürkün bildiridiyinə görə, əslində çoxları bu problemlə mübarizə apardıqlarının fərqində deyillər. Psixiatr niyə məsuliyyətləri təxirə saldığımız barədə danışıb.

Atalarımız “Bu günün işini sabaha qoyma” deyiblər, indi o işlər günlərə, bəlkə də həftələrə qalıb.

Müasir insanın ən böyük sınaqlarından biri də nəyisə təxirə salmaqdır... Bu həm uğura, həm də həyatı doya-doya yaşamağa maneədir.

Təxirə salma bütün həyatımızda baş verən bir davranışdır. Bunu bir pozğunluq hesab etdiyimiz zaman, bu, adətən, davamlı olması və insanın həyatının hər sahəsinə təsir etməyə başladığı üçün olur. Hər kəsdə rast gəlinən bu davranış insanların təxminən 20 faizində xroniki hala gələ bilər.

Xəstəlik yoxsa tənbəllik?

Təxirə salma çox şəxsi seçim kimi göründüyü üçün insanların çoxu bu vəziyyəti sadəcə tənbəlliklə izah edir. Ancaq məlum olub ki, oxşar şikayətlərlə müraciət edənlərin sayı artdıqca vəziyyət heç də düşünüldüyü qədər sadə deyil.

Təxirə salma vərdişi çoxlsa da, bir pozğunluq olaraq görülməyə başlasa da, hələ ədəbiyyatda birbaşa xəstəlik olaraq təyin olunmayıb.

"Adətən, insanlar işə başlamazdan əvvəl son dəfə başqa bir şey etmək, edilməsi lazım olan bir hərəkətdən bilərəkdən və ya şüurlu şəkildə qaçmaq və bu hərəkəti yavaşlatmaq kimi bəzi xüsusiyyətlər təqdim edə bilər. Amma açığını desək, bu vəziyyətə tənbəllik deyə bilmərik ", ¬ - həkim qeyd edib.

Bəs niyə təxirə salırıq? “Uğur qazana bilməyəcəyim bir işə niyə başlamalıyam?” inamı, məsuliyyətlərin təxirə salınmasının səbəblərindən yalnız biridir. Psixiatr mümkün səbəbləri belə sıralayır:

"Bununla bağlı çoxlu proqnozlar var. Bunlardan ən əsası motivasiyanın olmamasıdır. Səbəb insanın görməli olduğu işi görmək üçün kifayət qədər motivasiyası olmaması və vaxtı yaxşı idarə edə bilməməsidir. Mükəmməllikçi şəxsiyyət xüsusiyyətləri və təxirə salma vərdişi ilə insan görməsi lazım olan işi düzgün yerinə yetirə bilmir. Bunu bacara bilməyəcəyini düşündüyü zaman, təxirə salmağı seçir”.

Bunu pozğunluq kimi qəbul etməyimizin səbəbi ümumiyyətlə davamlı olması və insanın həyatının hər sahəsinə təsir etməyə başlamasıdır. Hər kəsdə rast gəlinən bu davranış insanların təxminən 20 faizində xroniki hala gələ bilər.

Nə vaxt peşəkar yardım axtarmaq lazımdır?

Bir çox hallarda olduğu kimi, təxirə salma gündəlik həyatda insanın funksionallığının azalmasına səbəb olan bir vərdişə çevrilibsə, kömək almaqda fayda var. Çünki müəyyən mərhələdən sonra insanın özbaşına problemlərin öhdəsindən gəlməsi çətinləşir.

Əgər bu pozğunluğa çevrilibsə, özünü idarə etmək asan deyil. Problemi aradan qaldırmaq üçün ilk növbədə, bu pozğunluqdan xəbərdar olmaq lazımdır. Bu nöqtədə mütəxəssisdən dəstək almaları tövsiyə olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev