Azərbaycanlı alimlərin məqaləsi impakt faktorlu jurnalda işıq üzü görüb
06.10.2023 09:04

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin aparıcı elmi işçisi b.e.d., dosent Gülnar Sultanova və institutun doktorantı b.ü.f.d., dosent Xəyalə Rüstəmovanın həmmüəllif olduqları “Ultrasəs dalğalarının analizinin təsiri altında eritrositlərin qan-damar sistemində davranışının bir model kimi təklifi” adlı məqalə “Elsevier” nəşriyyatının, “Scopus” bazasına daxil olan “European Chemical Bulletin” jurnalında nəşr olunub.

 

Bu barədə Aztibb.az-a AMEA-dan xəbər verilib.

 

Aparılan elmi tədqiqatlara əsasən mühüm elmi nəticənin əks olunduğu məqalədə in vivo qan dövranında hüceyrələrin məhv edilməsinin analoqu kimi in vitro US sahəsində onların mexaniki məhv edilməsi modeli təklif olunur. Qeyd olunur ki, həm US sahəsində, həm də qan damarlarında hərəkət zamanı mexaniki amillər hüceyrələrə təsir göstərir. US təsirinin müxtəlif rejimlərində hüceyrələrin müqaviməti ilə qan dövranında davranışları arasında korrelyasiya var ki, bu da qan axınının müxtəlif hissələrində eritrositlərin davranışının bir modeli kimi təqdim edilə bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev