Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası fəaliyyətə başlayıb
04.10.2023 16:07
Daşkənddə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadası öz fəaliyyətinə başlayıb.
 
Bu məlumat Aztibb.az-a Azırbaycan Oftalmoloqlar Cəmiyyətindən verilib.
 
Həkimlər briqadası üzvlərindən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloq-cərrahları Məhərrəm Pirmətov və Rövşən Rəcəbli xəstələri müayinə edib, o cümlədən əməlliyatlar üçün ilkin baxış həyata keçiriblər.
 
Bu dekada çərçivəsində Özbəkistanın ixtisaslaşmış tibb mərkəzləri və aparıcı regional tibb müəssisələrində birgə yüksək texnologiyalı əməliyyatlar, təlimlər, minimal invaziv cərrahiyyə, oftalmologiya, onkologiya, ginekologiya və digər istiqamətlər üzrə konsultasiyalar keçiriləcək.
 
Özbəkistan-Azərbaycan səhiyyə dekadası sektorun inkişafında yeni imkanlar yaradacaq. Belə ki, səhiyyə sisteminin rəqəmsallaşdırılması, əczaçılıq, xalq təbabəti, tibb təhsili və elmi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
 
Son olaraq, tədbir çərçivəsində 11 oktyabr tarixində səhiyyə sahəsində Özbəkistan-Azərbaycan səhiyyə forumu həyata keçiriləcək və həmin tarixdə də səhiyyə dekadası yekunlaşacaq.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub