Alimlər bəzi meyvə şirələrində zəhərli metalların yüksək səviyyədə olduğunu aşkarlayıblar
04.10.2023 08:40

Yeni araşdırmanın müəllifləri bildiriblər ki, bəzi tez-tez istehlak edilən içkilərin tərkibində içməli su standartlarını aşan zəhərli metallar var.

Aztibb.az “Medical Insider” portalına istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Journal of Food Composition and Analysis” elmi jurnalında dərc olunub.

Tulane Universitetinin araşdırmasına görə, sınaqdan keçirilmiş 60 içkidən beşində içməli su standartlarını aşan zəhərli metallar müəyyən edilib.

Zoğal suyu, qarışıq yerkökü və meyvə şirəsi və yulaf südündə kadmium səviyyələri milyardda 3 hissədən çox olub. Tədqiqata görə, qarışıq meyvə şirələri və bitki mənşəli südlər (yulaf və badam kimi) digər içkilərə nisbətən yüksək konsentrasiyada zəhərli metal ehtiva edir.

Seçilmiş içkilər, o cümlədən ərzaq mağazalarında tez-tez rastlanılan tək və qarışıq meyvə şirələri, bitki mənşəli südlər, qazlı içkilər və çaylar 25 müxtəlif zəhərli metal və iz elementləri aşkar etmək üçün analiz edilib.

Ümumilikdə, 25 elementdən yeddisi bəzi içkilərdə, o cümlədən nikel, manqan, bor, kadmium, stronsium, arsen və seleniumda içməli su standartlarını keçib. 60 nümunənin 93%-dən çoxunda qurğuşun aşkar edilsə də, əksəriyyətində çox aşağı səviyyələr olub, milyardda bir hissədən aşağı. EPA və ÜST-ün içməli su standartlarına cavab versə də, ən yüksək səviyyə (6,3 mkq/kq) əhəng idman içkisində tapılıb.

Tədqiqatın aparıcı müəllifi, Tulane Universitetinin doktorantı Teodros Qodebo Amerika içkilərinin tərkibini araşdıran baxımından tədqiqatın vacib olduğunu söyləyib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub