Yeni monoqrafiya: “Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları”
02.10.2023 15:53

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayevin “Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları” adlı monoqrafiyası “Elm” nəşriyyatında işıq üzü görüb.

 

Bu barədə Aztibb.az-a AKİ-dən xəbər verilib.

 

Akademik Vaqif Fərzəliyevin redaktorluğu ilə nəşr olunan kitabda fermentlər, onların etimologiyası, nomenklatura və terminologiyası, təsnifatı, quruluşu və təsir mexanizmləri, kofaktorlar və kofermentlər, izofermentlər, ferment inhibitoru, fermentlərin ölçmə meyarları, ferment inhibitorlaşmasının molekulyar dokinq metodu ilə tədqiqi, canlı orqanizmdə baş verən patoloji proseslərə qarşı əsas müdafiə vasitəsi kimi antioksidantlar haqqında ən son ədəbiyyatı məlumatları, o cümlədən müəllif tərəfindən son 10 ildə sintez edilmiş müxtəlif heterotsiklik birləşmələrin antioksidant, antikanser və ferment-izofermentlər üzrə inhibitor fəallıqları ilə bağlı beynəlxalq səviyyədə aparılan elmi tədqiqatlar zamanı əldə olunan əsas nəticələr müqayisəli və ümumiləşdirilmiş formada verilib.

 

Kitab universitet və elmi-tədqiqat institutlarında üzvi kimya, zərif üzvi sintez, bioüzvi kimya, əczaçılıq kimyası istiqamətlərində dərinləşdirilmiş elmi tədqiqat aparan magistrant, doktorant və digər elmi işçilər üçün nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır