“Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərləri” jurnalının növbəti nömrəsi akademik Cəlal Əliyevə həsr edilib
02.10.2023 12:43

“Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərləri” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

 

Aztibb.az-a Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan verilən xəbərə görə, jurnalın bu nömrəsi böyük alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 95 illik yubileyinə həsr edilib. Yeni nömrədə institut ilə yanaşı, respublikanın, eləcə də Türkiyə və Rusiyanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində biologiya, aqrar və tibb elmləri sahəsində aparılan multidissiplinar araşdırmaların mühüm nəticələrini özündə əks etdirən ümumilikdə 27 məqalə yer alıb ki, onların elmi ictimaiyyət tərəfindən maraqla qarşılanacağı şübhə doğurmur.

 

Qeyd edək ki, beynəlxalq standart seriya nömrələri (çap ISSN – 2709-0744, elektron ISSN – 2709-0752) ilə ingilis dilində nəşr edilən “Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərləri” jurnalı və onun internet saytı (http://www.timbb.az) müasir tələblərə uyğunlaşdırılıb. Jurnal qısa müddətdə AGRİS, ASCI-Database və s. beynəlxalq indeksləşən bazalara daxil edilib və hazırda digər, o cümlədən Scopus və WoS kimi nüfuzlu bazalara düşmək istiqamətində intensiv fəaliyyətlər davam etdirilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır