Sübutlu təbabət - Klinik protokolların tibbdə əhəmiyyəti nədir?
16.09.2023 08:22

Klinik protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur.


Aztibb.az beynəlxalq tövsiyələrə əsaslanan klinik protokolların praktik səhiyyədə tətbiqinin əhəmiyyətinə dair yazını təqdim edir.


Klinik protokolların tərtib edilməsində məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə rasional yardım göstərməkdə kömək edəcək vəsaitlə təmin etmək və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır.


Klinik protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır. Klinik protokolların səmərəliliyini təmin edən əsas cəhət, onların tərtib edilməsinin sübutlu təbabət prinsiplərinə əsaslanmasıdır, yəni mövcud olan ən keyfiyyətli klinik tədqiqatların təqdim etdiyi ən etibarlı sübutlardan istifadə olunmasıdır. Protokolların hazırlanması ciddi və məsuliyyətli iş olub, ölkənin bütün elmi-tibbi potensialından istifadə edilməsini, prosesin bir mərkəzdən idarə olunmasını və dünyada qəbul edilmiş meyarlara uyğun şəkildə aparılmasını nəzərdə tutur.


Azərbaycanda klinik protokolların tərtib edilməsi Səhiyyə Nazirliyinin müvafiq sərəncamı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilib. Bu fəaliyyətin həyata keçirilməsi gedişində İSİM tərəfindən sübutlu təbabət və klinik protokolların tərtib edilməsi məsələlərinə həsr edilmiş mövzularda təlimlər keçilmişdir. Abt Associates təşkilatının dəstəyi ilə sübutlu təbabət terminlərinin izahlı lüğəti tərtib edilmiş və AGREE beynəlxalq əməkdaşlığı tərəfindən klinik rəhbərlik və protokolların ekspertizası və qiymətləndirilməsi üçün hazırlanmış sorğu vəsaiti Azərbaycan dilinə tərcümə olunmuşdur.


Klinik protokolların tərtib olunması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında klinik protokolların tərtib edilmə Qaydaları" əsasında həyata keçirilir. Həmin qaydaların hazırlanması zamanı inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi və yerli xüsusiyyətlər nəzərə alınmış, beynəlxalq ekspertlərin məsləhətlərindən istifadə olunmuşdur.


Klinik protokolların tərtib edilməsi üzrə işin başlanması üçün İSİM-də prioritet mövzular seçilmiş, hər bir mövzu üzrə Azərbaycan Tibb Universiteti və Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professor-müəllim heyəti, Səhiyyə Nazirliyinin baş mütəxəssisləri, peşəkar tibb assosiasiyaları və beynəlxalq təşkilatların nümayəndələri cəlb edilməklə tərtibçi ekspert qrupu təşkil edilmişdir. Tərtib edilmiş klinik protokollar Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuşdur.


Hal-hazırda yeni klinik protokolların hazırlanması davam etməkdədir və həmin işin daimi əsasda aparılması nəzərdə tutulur.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib