ATU-da ikinci təhsil almaq istəyən ali məktəb məzunları ilə görüş olub
14.09.2023 10:47

ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetidə ikinci təhsil almaq istəyən ali məktəb məzunları ilə görüşüb.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Görüşdə professor Gəray Gəraybəyli ATU-da ikinci təhsillə bağlı qəbul məsələlərinin müzakirə edildiyini bildirib. O, bu il formatın, qaydaların və nəticələrin fərqli olacağını qeyd edib: “Əvvəlki illərdə bizim klinik təhsilimizin təcrübəsi təxminən 4 il ərzində aparılırdı. Bu müddətdə ancaq Tibb Universitetinin məzunlarını qəbul edirdik. Çünki, o vaxt Səhiyyə Nazirliyi tərəfindən elə bir qayda qoyulmuşdu ki, Tibb Universitetinə yalnız tibb və səhiyyə sahəsini bitirən şəxslər ikinci təhsil üçün müraciət edə bilərdi. Bu il isə yenilik ondan ibarətdir ki, qeydiyyat Elm və Təhsil Nazirliyi tərəfindən aparılır".

 

Rektor bu il universitetə ikinci təhsil üçün müraciət edənlərin sayının 200-ə yaxın olduğunu diqqətə çatdırıb. Bildirib ki, hər il bizə 500 xarici vətəndaş müraciət edirdisə, bu il müraciət edənlər 1000 nəfərdir. 

 

Onun sözlərinə görə, müraciət edənlərin böyük əksəriyyəti IV qrup üzrə imtahan verməyən, Texniki Universiteti,  İqtisadiyyat Universitetini, hətta hüquq ixtisasını bitirən şəxslərdir: “Əlbəttə, hər bir vətəndaşın seçiminə hörmətlə yanaşırıq, bu onların haqqıdır. Ancaq mövcud imkanlarımız çərçivəsində qəbul sayını azaltmağa məcburuq. Bu baxımdan, yalnız tibb və əczaçılıq elmləri üzrə təhsili olanları qəbul etməyi qərara aldıq”.

 

Professor G.Gəraybəyli rəqabət dövründə yaşadığımızı xatırladaraq qeyd edib ki, vaxtilə Azərbaycanda ali tibb təhsili verən bir universitet var idi: “Bu gün isə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi var, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı həkim kadrları hazırlayır. Eyni zamanda Türkiyə-Azərbaycan Universitetinin, burada Tibb fakültəsinin yaradılması haqqında söhbətlər gedir. Bütün bunlara baxmayaraq, indiyədək lider mövqeyimizi qoruyub saxlamışıq və əsas məqsədimiz tədrisin keyfiyyətini yüksəltməkdir. Bu da bilavasitə tələbə sayından asılıdır. Məsələn, Oksford Universitetinin Tibb fakültəsində I kursda qrupda 10 nəfər olur, VI kursda müəllimlə tələbə təkbətək işləyir. Həmçinin I kursdakılarla məzun olanların say fərqi böyükdür, 50 faiz azalma gedir. Bu mənada, daha çox tələbə qəbul edərək həm maddi, həm də başqa kriteriyalar baxımından bəhrələnə bilərik. Biz isə göstərə biləcəyimiz xidmətin keyfiyyətini üstün tutaraq, daha çox tələbənin qəbulundan imtina edirik”.

 

Universitetin elektron sistemə keçdiyini bildirən rektor, ikinci təhsil alanların I kursa qəbul olunması, dərslərdə 100 faiz əyani iştirak etməsi və ancaq ödənişli əsaslarla təhsil almasının əsas şərtlər olduğunu vurğulayıb.

 

Sonda o, görüş iştirakçılarının suallarını cavablandırıb.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib