İltihab əleyhinə güclü təsirə malik - Acı yovşan
21.07.2020 16:22

Tarix boyu Şərqdə xalq təbabətində, eləcə də Çin reseptlərində üşütmə, titrəmə simptomlarına rast gəlindikdə və parazitlərin törətdiyi toksinlərdən əmələ gələn xəstəliklərdə acı yovşan bitkisindən geniş istifadə olunub. Acı yovşan iltihab yaradan infeksiyaları öldürür, bir çox sinir sistemi xəstəliklərini, dəmir preparatları ilə birgə istifadə edildikdə bədxassəli şişləri, yuxusuzluğu, eləcə də maddələr mübadiləsi pozğunluğunu aradan qaldırır. Bu bitki qədimdən ən ağır xəstələrin qısa müddətdə ayağa qalxmasına yardım edən bitki kimi tanınıb.

 

Bunu Aztibb.az-a müsahibəsində xalq təbabətçisi İlhamə Zərdabi deyib.

 

“Təsadüfi deyil ki, Stalinin hakimiyyəti dövründə tətildən qayıdan uşaqlara bir həftə ərzində yovşan verilirdi. Həmçinin Vyetnam müharibəsində əsgərlərin malyariyadan əziyyət çəkdiyi bir dövrdə Vyetnam əsgərlərinin həyatlarını itirməməsinin səbəbi də məhz yovşandan istifadə olub”.

 

Müasir dövrdə xalq təbabətində ondan alınan məlhəm revmatizm, mədə xəstəlikləri, malyariyada istifadə olunur.

 

Acı yovşanın əsas xüsusiyyətlərindən biri parazit qurdlara qarşı öldürücü təsirə malik olmasıdır. Güclü ödqovucu təsiri sayəsində isə öd kisəsinin iltihabı zamanı, eləcə də sidik yolları infeksiyaları ilə mübarizədə dezinfeksiyaedici kimi istifadə olunur. Epilepsiya, dəridə allergik reaksiyalar, bağırsağın iltihabi xəstəliyi olan Kron xəstəliyində müsbət təsir göstərir.

 

Yovşandan, həmçinin dərman vasitələrinin hazırlanmasında istifadə olunur.  

 

İ.Zərdabi meşələrdə və kolluqlarda, talalarda və yolların kənarında, çəmənliklərdə, qayalarda, bağlarda və bostanlarda, çayların vadilərində və quru yataqlarında rast gəlinən bu bitkinin yığılması qaydasını da izah edib:

 

“Acı yovşan bitkisinin körpə yarpaqları iyul-avqust ayları arasında, günün birinci yarısında, quru havada yığılmalıdır. Onun uçucu yağları əsasən yarpaqlarının uc qismində olur. Bitkini qurudaraq sərin yerdə saxlamaqla 2 il ərzində istifadə etmək olar”.

 

Onun sözlərinə görə, acı yovşanın tərkibində əsas təsiredici maddə efir yağlarıdır. Efir yağının tərkibində tuyil spirti, tuyon, pinen, kadinen, fellandren, kariofillen, selinen, bizabolen, kurkumen və digər maddələr var. Bitki isti havada ətrafa daha çox efir yağı ifraz edir. Tərkibindəki efir yağları likör içkisi sənayesində də geniş tətbiq olunur.

 

Xalq təbabətçisi vurğulayıb ki, acı yovşanın az miqdarda qəbul edilməsi bir çox xəstəliklərə müsbət təsir göstərsə də, həddindən çox qəbulu zəhərlənmələrə, hətta ölümə səbəb ola bilər.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər