İshal epidemiyasına qarşı dərman kimi qarışıq!
16.09.2023 09:33

Mövsümi keçidlərdə tez-tez rast gəlinən xəstəliklərdən biri də ishal və soyuqdəymədir. Yay mövsümündə həddindən artıq istidən əziyyət çəkən insanlar kondisionerlə rahatlıq taparkən tez-tez ishal və qarın ağrısı kimi hallarla qarşılaşırlar. Payız fəslinə qədəm qoyduqca yenə eyni problem yaşanır və xəstəxanalara müraciətlərin sayı artır.


Aztibb.az haberturk.com-a istinadən xəbər verir ki, ishal epidemiyası ön plana ikən ishala qarşı hansı tədbirlərin görülməsi və nə edilməsi barədə mütəxəssislərin maraqlı tövsiyəsi var.


Qidalanma və epidemiya kimi faktorların səbəb olduğu ishal çox ciddi sağlamlıq problemidir. İnsanların həyat keyfiyyətini aşağı salan və qarın ağrısı, davamlı tualetə getmək istəyi kimi əlamətlərlə özünü göstərən bir xəstəlik olan ishal düzgün bəslənmə ilə idarə oluna bilər.

İshal qısa müddət ərzində baş verə bilsə də, tədbir görülmədikdə uzun müddətdə özünü göstərə bilər və bu vəziyyət davam edərsə ciddi xəstəliklərin əlaməti də ola bilər. İshalın qarşısını almaq hər evdə asanlıqla tapılan və çox sağlam qidalarla mümkündür. Üstəlik, sadəcə iki inqrediyentlə bu kabusa son qoya bilərsiniz.


Hər iki qida mənbəyi ayrı-ayrılıqda çox faydalı olsa da, bir araya gətirildikdə təsirləri ikiqat artır. C vitamini ilə zəngin olan limon, müalicəvi xüsusiyyətləri ilə əsrlərdir istifadə edilir və dünyada ən çox istehsal edilən sitrus meyvələri arasındadır. Həm qəhvə, həm də limonun bədəninizi həddindən artıq sərbəst radikalların zərərli təsirlərindən qoruyan yüksək səviyyədə antioksidanlar olduğu bilinir.


Mütəxəssislər "Bir fincan qəhvənin tərkibində B12, B5, manqan, kalium, maqnezium və niasin kimi vitamin və mineralların olduğunu bildirilər. Qəhvə güclü antioksidantlarla zəngindir və araşdırmalar göstərib ki, bir çox insanlar antioksidantı meyvə və tərəvəzlərin birləşməsindən daha çox qəhvədən alırlar.


Evdə ağrıkəsici dərmanınız tükəndikdə qəhvə dənələrinin içinə limon sıxıb ağzınızda çeynəsəniz, ağrınızın azaldığını görərsiniz. Səhərlər acqarına qəhvə və limon içmək maddələr mübadiləsini sürətləndirir və piy itkisini artırır. Digər faydalar arasında baş ağrısı və ishalın əhəmiyyətli dərəcədə azalması daxildir.


Yaxşı təmizləyici olan limon çapıqlara və kiçik qanaxmalara yaxşı gəlir. Həzmsizliyin qarşısını alan limon, müntəzəm istehlak edildikdə oksidləşdirici stressin qarşısını alır və dəmirin udulmasını artırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır