Anadangəlmə və əzələ iflici ilə bağlı çəpgözlük necə olur?
07.09.2023 11:18

Çəpgözlük gözlərin müştərək fəaliyyətinin və paralelliyinin pozulmasıdır. Hər göz almasını idarə edən 6 ədəd xarici əzələsi var. Bu əzələlərdən biri və bir neçəsi daha güclü və ya daha zəif olduğu halda çəpgözlük yarana bilər. Bir göz düz baxan zaman, o biri göz daxilə burun tərəfə, xaricə qulaq tərəfə, yuxarı alın tərəfə və ya aşağı ayağa tərəf baxır.

Aztibb.az xəbər verir ki, cərrah oftalmoloq Dr. Emin Əlihüseynlinin sözlərinə görə, anadangəlmə çəpgözlük halları 3-6 ay və 1 yaş arasında körpələrdə yaranır.

Qeyd edib ki, çəplik bucağı çox böyük olur və demək olar ki, hər kəs tərəfindən hiss edilə bilir. Adətən belə çəpgözlük halları refraksiya qüsurları ilə əlaqədar deyil.

“Əzələ iflici adətən uşaqlıq və yeniyetməlik dövrünə təsadüf edir, travma, xüsusi ilə baş zədəsi, ağırlaşmış doğuş və keçirilmiş yüksək hərarətdən sonra baş verir. Bəzi hallarda bu iflic başda şişin, kistanın və ya quruluş pozğunluğunun nəticəsində inkişaf edir”, - deyə oftalmoloq bildirib.

Böyüklərdə bu xəstəliyin səbəbi travma, şəkərli diabet, qalxanvari vəzinin xəstəliyi, dağınıq skleroz kimi mərkəzi sinir sisteminə təsir göstərən xəstəliklər ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev