ÜST-dən meymunçiçəyi xəstəliyi ilə bağlı xəbərdarlıq! Yoluxma sayı 90 mindən çoxdur
28.08.2023 10:45

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada 90 mindən çox meymunçiçəyi virusuna yoluxma halının müşahidə edildiyini və 156 nəfərin bu xəstəlikdən öldüyünü bildirib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, T.Qebreyesus bunu ÜST-nin həftəlik mətbuat konfransında söyləyib.

 

O, 114 ölkədə meymunçiçəyinə yoluxmanın baş verdiyini, xüsusilə Asiyada son 2 ayda yoluxma sayında artımın müşahidə edildiyini diqqətə çatdırıb. 

 

ÜST rəhbəri, həmçinin 2 həftə əvvəl COVID-19-un uzunmüddətli idarə olunması ilə bağlı daimi tövsiyələrin dərc edildiyini və bu virusun qlobal sağlamlıq təhlükəsi olmağa davam etdiyini deyib. T.Qebreyesus bəzi ölkələrdə epidemiya səbəbiylə xəstəxanalara yerləşdirmə, reanimasiyaya müraciət və ölüm hallarının artdığını bildirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır