Mərkəzi Gömrük Hospitalı Tərtərdə şəhid və qazi ailələrinin üzvləri üçün tibbi sosial aksiya keçirib
25.08.2023 12:59

Tərtər Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş qazi və şəhid ailələrinin üzvləri üçün sosial tibbi aksiya keçirilib.

 

Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilən məlumata görə, tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Tərtər rayon Mərkəzi Xəstəxanasının direktoru Sərxan Cəlahani və digər rəsmi nümayəndələr iştirak ediblər.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev öz adından, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun adından tədbir iştirakçılarını salamlayıb. O, bildirib ki, bu aksiyada Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri 200-ə yaxın qazı və şəhid ailəsi üzvlərinin müayinəsini həyata keçirəcək.

 

Onların müayinəsi və müalicəsi üçün müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital və geniş çeşiddə dərmanlardan istifadə ediləcək. Bu məqsədlə Mərkəzi Gömrük Hospitalının USM, EKQ, EXO müayinələri, o cümlədən kardioloq, terapevt, uroloq, psixiatr, pediatr, nevroloq, mama ginekoloq, endokrinoloq, fizioterapevtdən ibarət 20 nəfərdən artıq tibb heyəti Tərtərə ezam olunub.

 

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıdan danışıb. Bildirib ki, respubikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu gün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Tərtərdə keçirdiyi tibbi aksiya da bu qəbildəndir. Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssislərinin Tərtərdə şəhid ailələri, qazilər, onların ailə üzvlərinin tibbi müayinəsinin həyata keçirilməsi çox xeyirxah bir missiyadır. Milli Məclisin deputatı Sahib Alıyev tibbi aksiyanın əhəmiyyətini yüksək qiymətləndirib, təşkilatçılara təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı ilə Tərtər rayonunda keçirilən tibbi sosial aksiya 26 avqust 2023-cü il tarixində işğaldan azad edilmiş Talış kəndində davam edəcək.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub