Qaranlıqda yemək arıqlamağa kömək edir - TƏDQİQAT
24.08.2023 14:40

Amerikalı alimlərin apardığı son araşdırmalar evin parlaq işıqlandırılması ilə çəki artımı arasında mümkün əlaqə olduğunu göstərir.


Aztibb.az “Daily Mail”ə istinadən xəbər verir ki, axşam və gecə aqressiv işıq narahatlığa və arzuolunmaz çəki artımına səbəb ola bilər.


Bu məqsədlə aparılan tədqiqatda 19 sağlam yetkin insan iştirak edib. Təcrübə iştirakçılarından parlaq və zəif işıqda nahar etmələri istənilib.


Nəticələr göstərib ki, parlaq işıqda yemək orqanizmdə insulin müqavimətinin artmasına səbəb olur. Başqa sözlə, orqanizm qan şəkərini azaltmaqda çətinlik çəkir ki, bu da 2-ci tip diabet və çəki artımı riskini artırır.


Bu nəticələri nəzərə alaraq alimlər ev işıqlandırmasının mənfi təsirini azaltmaq üçün addımlar atmağı tövsiyə edirlər. Bir yol, axşam yeməyi zamanı işıqları mümkün qədər azaltmaqdır. Bu, parlaq işığın bədənə təsirini azaltmağa və həzmi asanlaşdırmağa kömək edəcəkdir.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır