“Fransada tibb təhsil sistemi” mövzusunda ilk onlayn konfrans keçirilib
21.07.2020 14:13

Fransada fəaliyyət göstərən “ALİM” Elmi Assosiasiyası, “Simple Talks by Dr Sabrin” və “Azerbaijani Ladies Club” tərəfindən “Fransada tibb təhsil sistemi” mövzusunda ilk onlayn konfrans keçirilib.

 

Tədbiri “ALİM” Elmi Assosiasiyasının prezidenti, iqtisad elmləri doktoru Günel Səfərova açaraq, iştirakçılara və tədbirə müxtəlif sosial şəbəkələrdən qoşulan izləyicilərə təşəkkür edib.

 

“Azerbaijani Ladies Club”un təsisçisi Kəmalə Ceylinova bu cəmiyyət haqqında məlumat verərək, onun əsas məqsədinin dünyanın müxtəlif yerlərində yaşayan istedadlı azərbaycanlı xanımların bir araya toplanması və onların fəaliyyətinin tanıdılması olduğunu qeyd edib.

 

Daha sonra konfransın moderatoru, “Simple Talks by Dr Sabrin” vebinarlarının təşəbbüskarı, hazırda Ras Əl Khaimah şəhərində Tibb Universitetində assistent-professor vəzifəsində çalışan, tibb elmləri üzrə fəlsəfə doktoru və üz-çənə cərrahı Sabrin Ali Azim tibbə dair konfransın əhəmiyyətindən söz açıb. O, dünyada geniş yayılmış koronavirus pandemiyasının nəticələrinin Azərbaycandan da yan keçmədiyini və ölkəmizdə bununla mübarizə aparan həkimlərin fədakarlığını vurğulayıb, Kliniki Tibbi Mərkəzdə uzun illər birgə çalışdığı həmkarının vəfatı ilə bağlı dərin hüznlə kədərini ifadə edərək onun ailəsinə başsağlığı verib.

 

Konfransda Strasburqda ictimai sağlamlıq və infeksion xəstəliklər üzrə həkim-mütəxəssis Ülviyyə Əlizadə Fransada tibb təhsilinin rezidenturaya qədərki müddətindən, dərslərdən və tibb təhsilinin ilk ilində keçirilən müsabiqədən danışıb.

 

Nitsa şəhərində həkim-terapevt çalışan Sənubər Kərimova isə rezidentura mərhələsi haqqında ətraflı məlumat verərək, qəbul prosesi, ixtisas seçimlərindən asılı olaraq rezidentura müddəti və s. haqqında məlumat verib. 

 

Azərbaycan Tibb Universitetinin (ATU) məzunu, Fransada yaşayan tibb elmləri üzrə fəlsəfə doktoru Reyhan Həsənova ATU-nun tələbə və məzunlarına Fransada magistr və doktorantura dərəcələri haqda məlumat verərək, təqaüd və doktoranturadan sonrakı karyera imkanları barədə biliklərini bölüşüb. Eyni zamanda o, Fransada magistr və doktorantura dərəcəsi ilə tibb təhsilinə keçid imkanlarından bəhs edib.

 

Onlayn tədbirdə ATU-nun tibb diplomu və rezidentura diplomu ilə Fransada tibb təhsilinə davam etmək, sözügedən diplomların verə biləcəyi üstünlüklər və s. məsələlər barədə fikir mübadiləsi aparılıb. Bu barədə ATU-dan ginekoloq kimi məzun olan və hazırda Parisdə cərrah mama-ginekoloq işləyən Line Aljondi təcrübəsini bölüşüb. O, keçdiyi mərhələlər və lazım olan sənədləşmə işləri haqqında məlumat verib.

 

Azərbaycan və Fransada cərrah mama-ginekoloq kimi təhsil almış və hazırda Azərbaycanda fəaliyyət göstərən İlahə Quliyeva isə Fransa tibb diplomunun ölkəmizdə tanıdılması prosesindən, elmi və peşəkar fəaliyyət imkanlarından danışıb.

 

Sonda konfrans iştirakçıları onlara ünvanlanan çoxsaylı sualları cavablandırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır