Qız uşaqlarında sinexiya nədir?
17.08.2023 12:47

Bu hal qızlarda vaginal girişdə kiçik dodaqların yapışması halıdır. Bu yapışma lokal və ya tam qapalı ola bilər. Adətən ilk aylarda, ən çox isə 5-6 aylarda nəzərə çarpır.


Aztibb.az xəbər verir ki, pediatr Kənan Qarayevin sözlərinə görə, səbəbi dəqiq bilinməsə də, hormonal vəziyyətlər, göbələk infeksiyaları, gigiyenaya fikir verilməməsi, anaların təmizləyərkən vaginal nahiyəni həddindən artıq sürtməsi, uyğun olmayan PH -da şampun ilə yuyulma səbəb kimi görülür.


"Yapışmaların 90%-i ilk 6 ay ərzində özbaşına geriləyir. Onların 98%-i 4-5 yaşa qədər heç bir müdaxilə olmadan geriləyir. Yalnız 1-2% yetkinlik yaşına qədər geriləməyə bilər", - deyə həkim vurğulayıb.


Pediatr bununla bağlı tövsiyələrini paylaşıb:


- Müntəzəm olaraq pediatr müayinəsindən keçin
- Gigiyenaya çox diqqət yetirin
- Nəm salfetlərdən istifadə etməyək, həddindən artıq sürtmədən təmizləyək və qıcıqlanmaya səbəb olaq.
- Bezini uzun müddət bağlı qoymayın və tez-tez dəyişdirin.
- Vaginal nahiyədəki ağ qoruyucu ifrazatı silməyə çalışmayın, o ifrazat onu nəm saxlayır, yapışmanın qarşısını alır və infeksiyadan qoruyur.
-Estrogen və steroid kremlərdən istifadə etməyi məsləhət görmürəm. Bilək ki, daha çox hormonal pozulmalara səbəb ola bilər. Yalnız həkiminizin tövsiyəsi ilə həmin nahiyə üçün orqanik nəmləndirici kremlərdən istifadə etmək olar.
- Əllərinizlə heç vaxt müdaxilə etməyə çalışmayın. Daha çox yapışmağına səbəb olur.


Həmçinin həkim aşağıdakı hallarda müdaxilə etməyi məsləhət görüb:


- Əgər o nahiyə sidiyə getməyə mane olacaq qədər bağlanıbsa,
- Əgər tez-tez sidik yolları infeksiyası yaşayırsa,
- Vaginal axıntı varsa, həkimə müraciət etmək lazımdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub