Mərkəzi Gömrük Hospitalında rezidentlər üçün "Açıq qapı" günləri təşkil ediləcək
06.08.2023 16:04

14 və 15 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında rezidentlər üçün "Açıq qapı" günləri təşkil ediləcəkdir.

 

Bu barədə Aztibb.az-a Hospitaldan xəbər verilib.

 

"Açıq qapı" günləri çərçivəsində Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili almaq istəyən namizədlərə Hospitalın və onun şöbələrinin fəaliyyəti, rezidentlər üçün yaradılmış təlim və praktiki fəaliyyət imkanları, o cümlədən elmi tədqiqatlarda iştirak üçün yaradılmış şərait barədə ətraflı məlumat veriləcək.

 

Tibbi Xidmət İdarəsi bir çox yerli və beynəlxalq əhəmiyyətli təşkilarla əməkdaşlıq edərək istər təlim-tədris prosesinin, istər də tibbi xidmətlərin dünya standartalarına uyğunlaşdırılması istiqamətində mütəmadi işlər həyata keçirməkdədir. Bu baxımdan rezidentlərin yaradılmış mövcud şərait və imkanlarla əyani şəkildə tanış olması və yaranan sualların yerində cavablandırılması onların qərarvermə proseslərini daha aydın və dəqiq şəkildə həyata keçirməsinə öz müsbət töhfəsini verəcək.

 

2023-2024-cü illər üçün rezidentura qəbulu üzrə müsabiqə şərtlərini ödəyən namizədlər, digər tibb müəssisələrində rezidentura təhsilini davam etdirən və Mərkəzi Gömrük Hospitalında rotasiya keçmək istəyən rezidentlər, habelə ATU-nun sonuncu kurs tələbələri "Açıq qapı" günlərində iştirak edə bilər.

 

"Açıq qapı" günlərində iştirak etmək istəyən şəxslərin qeydiyyatdan keçməsi mütləqdir!

 

Qeydiyyat linki: https://forms.gle/9CgNvenvJLtM85CZ8 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev