Tərtərin Evoğlu kəndində aztəminatlı ailələr üçün səyyar tibbi aksiya keçirilib
05.08.2023 11:20

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər Rayon Mərkəzi Xəstəxanasının (RMX) təşkilatçılığı ilə Tərtər rayon Evoğlu kəndində yerləşən tibb məntəqəsində aztəminatlı ailələr üçün səyyar tibbi aksiya keçirilib.

 

Tərtər RMX-dan Aztibb.az-a verilən xəbərə görə, aksiyanın keçirilməsində məqsəd TƏBİB-in və İcbari Tibbi Sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işlər aparmaqdır.

 

Aksiya çərçivəsində tibb müəssisəsinin müxtəlif ixtisaslı (laboratoriya, terapevt, pediatr, ginekoloq, şüa-diaqnostika və s.) həkimləri tərəfindən 38 nəfər müayinələrdən keçirilib, onlara ümumilikdə 60 tibbi xidmət göstərilib.

 

Kənd sakinləri onlara göstərilən tibbi xidmətin səviyyəsindən razı qaldıqlarını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub