Neftçalada qanvermə aksiyası: "Qan ver, həyat qurtar!"
04.08.2023 09:58

TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə "Qan ver, həyat qurtar!" şüarı altında növbəti qanvermə aksiyası keçirilib.

 

Bu barədə Aztibb.az-a Rayon Xəstəxanasından xəbər verilib.

 

Bildirilib ki, tibbi aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə baş tutub.

 

Aksiyada Neftçala rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən əvvəlcə sağlamlıq imkanları dəyərləndirilən donorlar müəyyən olunub. Toplanan qan ehtiyatı talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub