Aşura günü ilə əlaqədar könüllü qanvermə aksiyası keçirilir
28.07.2023 10:20
Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə iyulun 28-də Məhərrəm ayının 10-cu günü - Aşura günü ilə əlaqədar könüllü qanvermə aksiyası təşkil edir.
Bu barədə Aztibb.az-a nazirlikdən məlumat verilib.
Aksiya Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının Bakı şəhəri və müxtəlif regionlarda yerləşən bölmələri tərəfindən keçirilir. Qanvermə aksiyaları paytaxtın 8 məscid və ziyarətgahında baş tutur. Eyni zamanda, aksiya respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Gəncə, Lənkəran. Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Bərdə və Qubada keçirilir.
Qanvermə aksiyasında iştirak etmək istəyənlər aşağıdakı ünvanlara müraciət edə bilərlər.
Bakı şəhəri üzrə:
Mirmövsüm Ağa Ziyarətgahı - Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 1;
Əjdərbəy məscidi - Nəsimi rayonu, S.Vurğun küçəsi, 78;
“Sahib-əz-Zaman” məscidi - Nizami rayonu, R. Rüstəmov küçəsi 25/24;
Bibiheybət məscid ziyarətgahı - Səbail rayonu, Bibiheybət yolu, 2;
Qaraçuxur məscidi - Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 58;
Təzə Pir məscidi - Yasamal rayonu, M.F. Axundzadə küçəsi, 7;
Hacı Soltanəli məscidi - Yasamal rayonu, S.Əsgərova küçəsi, 75;
İmam Əli məscidi - Binəqədi rayonu, 6-cı mkr., M.Məmmədxan küç., 3215 məh.;
Mərkəzi Qan Bankının regional bölmələri üzrə:
Lənkəran şəhəri - Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Nizami küçəsi, 67;
Mingəçevir şəhəri - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası C korpusu, 20 yanvar küçəsi;
Sumqayıt şəhəri - M.Hüseynzadə prospekti, Təcili Tibbi Yardım Xəstəxanası, 1 korpus, 1 mərtəbə;
Şəki şəhəri - M.Ə.Rəsulzadə, 164;
Şirvan şəhəri - Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Heydər Əliyev prospekti, 16;
Bərdə şəhəri - N.Nərimanov küçəsi, 2;
Quba şəhəri - Tibb kollecinin binası, Fətəli xan küçəsi, 10.
Ümumilikdə qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir.
Bu bölməyə aid digər xəbərlər
Şərurun Axura kəndində tibbi müayinə aksiyası təşkil olunub
26.10.2026 | 14:58
Şahbuz rayonunun Gömür kəndində tibbi aksiya: 52 nəfər müayinə olunub
25.10.2026 | 15:24
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
25.10.2026 | 09:28
Nizami Tibb Mərkəzinin həkimləri üçün ACLS təlimi keçirilib
24.10.2026 | 07:24
Bakı Baş Səhiyyə Mərkəzində həkim vakansiyaları elan olunur
21.10.2026 | 10:27
9 saylı “Qocalar evi”nin sakinləri tibbi akiya təşkil edilib
19.10.2026 | 16:00
Babək rayonunun Gərməçataq kəndində tibbi aksiya: 61 nəfər müayinə olunub
19.10.2026 | 15:21
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
18.10.2026 | 16:57
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
17.10.2026 | 12:18
Qubadlının Qəzyan kəndində tibbi aksiya: 130-dan çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
16.10.2026 | 16:33
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38

