Azərbaycanlı alimlərin məqaləsi beynəlxalq jurnallarda çap olunub
26.07.2023 10:04

AR Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziogiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova, İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Xatirə Səfixanova, Ekotoksikologiya laboratoriyasının baş elmi işçisi, tibb üzrə fəsəfə doktoru Aliya Qaysinanın həmmüəllif olduğu məqalə Ukraynanın “The Journal of Neuroscience of B.M.Mankovskyi” (“B.M.Mankovski adına Nevrologiya jurnalı”) və Sinqapurun “International Journal of Clinical Medicine and Bioengineering” (“Beynəlxalq Klinik Tibb və Biomühəndislik Jurnalı”) adlı nüfuzlu jurnallarında çap olunub.

 

Bu barədə Aztibb.az-a AMEA-dan məlumat verilib.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının mütəxəssisləri ilə birgə hazırlanan “COVID-19 xəstələrinin xəstəxanaya yerləşdirilməsi zamanı qan nümunələrinin cins və yaş xüsusiyyətləri” adlı məqalə COVID-19 xəstələrində bəzi hemotoloji parametrlərin cins və yaş baxımından təhlilinə həsr olunub.

 

Aparılan tədqiqatın əsas məqsədi koronavirusa yoluxmuş və xəstəxanaya yerləşdirilmiş insanlarda xəstəliyin erkən mərhələsində qan profilini araşdırmaq olub. Tədqiqat zamanı COVID-19-a yoluxmuş 332 xəstənin hemoqrammalarının retrospektiv təhlilindən istifadə edilib. Məlum olub ki, daha ağır xəstələrdə limfositlərin və eozinofillərin sayı azalır.

 

Onu da qeyd etmək lazımdır ki, qan nümunələrinin kliniki dəyəri xəstələrin cinsindən və yaşından asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Bu isə diaqnoz və xəstəliyin gedişatının qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan vacib amillərdən biridir və xəstələrin müalicəsinin bu parametrlərdən istifadə olunmaqla təyin edilməsi məqsədəuyğundur.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib