Diş pastasını seçərkən bunları bilməlisiniz - Stomatoloq məsləhəti
27.07.2023 12:45

Stomatoloq Diana Levçuk ağardıcı diş pastaları ilə bağlı miflərdən danışdı. Çox vaxt reklamda onlar sehrli ağlıq vəd edirlər, lakin reallıq bir qədər fərqli ola bilər.

Aztibb.az xəbər verir ki, 74.ru portalının məlumatına görə, ağardıcı pastaların tərkibində papain, bromelain və natrium pirofosfat kimi müəyyən ağardıcı maddələr, həmçinin aşındırıcı və cilalayıcı hissəciklər var.

Mütəxəssislər bildiri ki, natrium pirofosfat lövhənin məhvinə səbəb olur, aşındırıcı maddələr onun qalıqlarından qurtulmağa kömək edir. Ancaq bir çox insanlar diş minasına zərər verə biləcəyindən qorxaraq bu cür pastaların təhlükəsizliyinə şübhə edirlər.

Stomatoloq Diana Levçuk qeyd edib ki, bu barədə narahat olmağa dəyməz ağardıcı pastalarda aşındırıcı və cilalayıcı hissəciklərin tərkibi o qədər azdır ki, onlar zərərli ola bilməz. Bu o deməkdir ki, ağardıcı pastadan istifadə dişlərin çürüməsinə səbəb olmayacaq.

Bununla belə, ağardıcı pastalar bütün diş problemləri üçün birdəfəlik həll yolu deyil. Məsələn, bir çox insanlarda diş minası əvvəlcə sarımtıl rəngə malikdir, yəni ağardıcı pastalar dişləri ağlaşdıra bilməyəcək. Həmçinin, problem siqaret, qəhvə və ya içkilərdən yaranan lövhə ilə əlaqədardırsa, ağardıcı pastalar təsirli olmaya bilər.

Həmçinin bəzi mineral sular, xüsusən də dəmirlə, dişlərdə boz örtük şəklində qala bilər ki, bu da ağardıcı pastalarla çıxarılmır. Diana Levçuk, dişlərin ciddi ağardılması istənilirsə, yalnız ağardıcı pastalara etibar etməməyi tövsiyə edib.

Ən yaxşı nəticələr əldə etmək üçün bu cür prosedurları peşəkarlara həvalə etmək daha yaxşıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev