Endokrinoloq: Ağ düyü və kartof püresi diabet riskini artırır
22.07.2023 15:29

Endokrinoloq Armine Afonina bildirib ki, yüksək qlükoza səviyyəsi ilə müxtəlif xəstəliklərin riski artır.

Aztibb.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, qidalanma səbəbindən qlükoza səviyyəsi yüksələ bilər. Həkim izah edib ki, şəkər xəstəliyinə səbəb olmamaq üçün qidalanmaya nəzarət etmək vacibdir.

Pəhriz qidalarının qiymətləndirilməsi onların "qlisemik indeksinə" əsaslanmalıdır. Bu, qlükoza qəbulunun təxmin edilə biləcəyi bir göstəricidir. Məhsulda bu göstərici nə qədər yüksək olarsa, qan şəkərini bir o qədər tez yüksəldir.

Kartof püresi və ağ düyü şəkər səviyyəsini sürətlə artıran qidalardır. Siyahıda yüksək qlisemik indeksi olan digər qidalar da var.

"Qlükozanı kəskin şəkildə artıra bilən şəkərsiz qidalar haqqında danışsaq, bu, buğda çörəyi, hər hansı buğda unundan bişmiş məhsullar, makaron, konservləşdirilmiş lobya, qarğıdalı, hazır dənli bitkilər, bulka, qarğıdalı, popkorn, vafli, çipslərdir. Bu siyahıya qaynadılmış çuğundur, yerkökü, balqabaq və quru meyvələr də daxildir”, - deyə həkim bildirib.

Ümumiyyətlə, ekspert qeyd edib ki, insan düzgün qidalanma prinsiplərinə əməl etməli, çəkiyə nəzarət etməli və idmanla məşğul olmalıdır. Bu sağlamlığı qorumaq üçün vacibdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev