Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Təcili yardım şöbəsi yenidən qurularaq istifadəyə verilib
04.07.2023 11:24
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdindəki Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Təcili yardım şöbəsi yenidən qurularaq istifadəyə verilib.
 
Bu barədə Aztibb.az-a Gəncə ŞBX-dan xəbər verilib.
 
Bildirilib ki, müasir tibbi avadanlıqlarla təchiz edilən Təcili yardım şöbəsi 10 çarpayılıqdır və burada vətəndaşlara təcili və təxirəsalınmaz yardım göstərilir. Şöbədə yaşıl, sarı, qırmızı zona yaradılıb, həmçinin burada ilkin travmatoloji xidmət göstərilməsi üçün də hər cür şərait mövcuddur. Bundan başqa, qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə başlanılıb.
 
Şöbədə ümumilikdə 16 tibb personalı fəaliyyət göstərir, şöbə müdiri Turanə Rüstəmovadır.
 
Qeyd edək ki, iyun ayının 25-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun iştirakı ilə Gəncə ŞBX-nin tabeliyində olan tibb müəssisələrində yenidən qurulan şöbələrin açılışları həyata keçirilib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev