“Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti”i çapdan çıxıb
03.07.2023 10:25

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli və Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun III Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyasının direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Şəlalə Zeynalovanın “Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti”i çapdan çıxıb.

 

Aztibb.az-a AMEA-dan verilən xəbərə görə, lüğətin redaktoru AMEA-nın müşaviri, akademik Qərib Məmmədov, redaksiya heyətinin üzvləri isə AMEA-nın müxbir üzvləri Pənah Muradov, Zeynal Əkpərov, Milli Məclisin deputatı Tahir Rzayev, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sialə Rüstəmova, AQTA-nın şöbə müdiri, dosent Qalib Əbdüləliyev, Bakı Dövlət Universitetinin müşaviri, molekulyar biologiya və genetika üzrə fəlsəfə doktoru Xalid Bayramlı, Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva və ADA Universitetinin əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları Səidə Əliyeva və Asəf Ömərovdur.

 

Lüğətdə müxtəlif elm sahələrinə (baytarlıq, biologiya, zoologiya, molekulyar biologiya, təhlükəsizlik, biotexnologiya, mikrobiologiya, parazitalogiya, qida təhlükəsizliyi, heyvandarlıq, genetika və s.) aid 2000-ə yaxın termin, terminoloji birləşmələrin izahı və onların ingilis, rus dillərində qarşılığı verilib. Həmçinin ilk dəfə olaraq kitabda bir çox alınma terminlər Azərbaycan dilində transkripsiya, transliterasiya olunub.

 

Multidissiplinar lüğət geniş oxucu kütləsi üçün, xüsusilə tələbələr, doktorantlar, elmi işçilər və kənd təsərrüfatının müxtəlif sahələri üzrə çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır