İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkilində xüsusi fərqlənən bir qrup tibb işçisi Fəxri fərmanla təltif edilib
17.06.2023 13:07

Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq Əmrinə əsasən, 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə yeni yaradılmış xəstəxanalarda peşə fəaliyyəti zamanı xüsusi fərqlənən, eyni zamanda Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş bir qrup tibb işçisi qüsursuz və səmərəli fəaliyyətlərinə görə Fəxri fərmanla təltif olunub.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, bununla əlaqədar Səhiyyə Nazirliyində təltif olunan tibb işçilərinin təqdimat mərasimi keçirilib.

 

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, müxtəlif ixtisaslar üzrə təsis olunan peşə bayramları həmin sənətin sahiblərinə cəmiyyətin və dövlətin yüksək dəyər verməsinin göstəricisidir: “Bu baxımdan, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü bizim üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki bu peşə bayramı bir tərəfdən cəmiyyətin tibb işçilərinin əməyinə verdiyi yüksək qiymətin ifadəsidirsə, digər tərəfdən, Azərbaycanın tibb ictimaiyyətinə şəxsən ümummilli lider Heydər Əliyevin hədiyyəsidir”.

 

Nazir 105 illik bir dövrdə Azərbaycan səhiyyəsinin şərəfli və çətinliklərlə dolu bir yol keçdiyini qeyd etdi: “Bu müddət ərzində həm müharibələr, həm epidemiya və pandemiyalar zamanı səhiyyəmiz öz hazırlıq və cavab imkanlarını yüksək peşəkarlıq səviyyəsində nümayiş etdirdi”.

 

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan tibb heyətimizin fəaliyyəti qardaş ölkədə də yüksək qiymətləndirilib. Tibb personalımız Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdirərərək, zəlzələdən zərərçəkmiş vətəndaşlara tibbi yardım göstəriblər.


Teymur Musayev qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad edilmiş ərazilərdə yeni xəstəxanalar və tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı layihələr icra edilməkdədir.


Tədbirin sonunda səhiyyə naziri Teymur Musayev bir qrup tibb işçisinə fəxri fərmanlar təqdim edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib