MBBİ-nin əməkdaşı Fransada CDBIO-nun iclasında ölkəmizi təmsil edib
16.06.2023 11:06

Fransanın Strasburq şəhərində Avropa Şurasının Biotibb və Sağlamlıq sahəsində İnsan Hüquqları üzrə Rəhbər Komitəsinin (CDBIO) növbəti plenar iclası keçirilib.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, iclasda Azərbaycanı UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Proteomiks beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. İsmayil Zülfüqarov təmsil edib.

 

CDBIO, Biotibbdə İnsan Hüquqları və Texnologiyaları üzrə Strateji Fəaliyyət Planının (2020-2025) ortamüddətli hesabatını yekunlaşdıraraq onu Avropa Şurasının Nazirlər Komitəsinə göndərməyə razılıq verib və daha sonra səhiyyədə Süni İntellekt üzrə Pilot Gənclər Forumu keçirilib. CDBIO səhiyyədə innovativ müalicə və texnologiyalara ədalətli çıxış, süni intellekt və biotibb, genomiks və publik dialoq kimi məsələlərə baxaraq müvafiq qərarlar qəbul edib. Biotibb və Sağlamlıq sahələrində İnsan Hüquqları üzrə Rəhbər Komitəsinin 3-cü iclası Nazirlər Komitəsinin tapşırığı ilə xüsusi Sorğu Anketi hazırlayıb və onu üzv ölkələrə cavablamaq üçün yönləndirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?