Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 10:06

Azərbaycan Tibb Universitetinin Elmi Araşdırmalar Mərkəzində müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş elmi seminar keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, seminarda biologiya üzrə fəlsəfə doktoru İnci Şıxaliyeva “Kök hüceyrə izolyasiyası və identifikasiyası” mövzusunda ətraflı məruzə ilə çıxış edib. Məruzəçi kök hüceyrələrin toxuma və orqanlardan izolyasiyası, onların in vitro şəraitdə kultivasiyası üsulları, eləcə də identifikasiyasında tətbiq edilən müasir molekulyar və hüceyrə texnologiyaları barədə geniş məlumat verib.

 

Təqdimatda kök hüceyrələrin fenotipik xüsusiyyətlərinin təyinində axın sitometriyası (flow cytometry) və immunoflüoresensiya metodlarının rolu, spesifik hüceyrə markerlərinin diaqnostik əhəmiyyəti və hüceyrələrin diferensiasiya potensialının dəqiq qiymətləndirilməsi məsələləri xüsusi vurğulanıb.

 

Dinləyicilər tərəfindən böyük maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Məruzəçi tədqiqatçıların və gənc alimlərin çoxsaylı suallarını ətraflı cavablandırıb.

 

Keçirilən elmi seminar kök hüceyrə biologiyası və regenerativ təbabət sahəsində yeniliklərin mənimsənilməsi, nəzəri və praktiki biliklərin zənginləşdirilməsi baxımından iştirakçılar üçün son dərəcə əhəmiyyətli və faydalı olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib