Özümüzü xəstəliklərdən qorumaqla hərbçiləri xəstəliklərdən müdafiə etmiş olarıq
13.10.2020 14:33

Son günlər hər birimiz yaddaşımızda əbədi izlər buraxacaq hadisələr yaşamaqdayıq. Fərəh, qürur, sevinc və eyni zamanda, şəhidlərimizə görə ağrı hissləri hər birimizi bürüyüb. Sentyabrın 27-i səhər saat 6 radələrindən Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması ilə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə düşmənə qarşı əks hücuma keçdi. Həmin tarixdən etibarən başlayan döyüşlərdə ordumuz erməni terrorçularına layiqli cavab verir, onları ağır itkilərə məruz qoyur. Bizim öz tarixi torpaqlarımız üzərində suveren hüquqlarımızı bərpa etmək haqqımız var. Azərbaycan gec-tez işğal altında olan torpaqlarını azad edəcək. Bu, Vətən müharibəsidir. Hər kəs bu dövrdə əlindən gələni, bacardığını etməlidir. Xalqımız bir yumruq kimi birləşib ordumuza dəstəyini əsirgəmir. İgid Vətən oğulları isə əsl qəhrəmanlıq göstərir, hər qarış torpaq uğrunda canı, qanı bahasına mübarizə aparır. Bunun nəticəsidir ki, işğal altında olan ərazilərimizin bir hissəsi düşmən tapdağından azad edilib.

 

Aztibb.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan Diabet Liqası” İctimai Birliyinin sədri, Səhiyyə Nazirliyi nəzdində İctimai Şuranın üzvü Yeganə Sultanova deyib.

 

O, həmçinin qeyd edib: “Unutmaq lazım deyil ki, dünyanı vəlvələyə gətirən yeni növ koronavirus (COVID-19) infeksiyası hələ də vüsət almaqda davam edir. Koronavirus bütün dünyanı ikinci dalğası ilə qorxuya salır. Ölkəmiz Qarabağ cəbhəsində olduğu kimi, koronavirus cəbhəsində də ləyaqətlə və ağılla mübarizə aparır. Lakin bu mübarizədə hər birimiz iştirak etməliyik. Biz anlamalıyıq ki, vətənimizin bu ağır dövründə özümüzü xəstəliklərdən qorumaqla arxa cəbhəni zəifləməkdən və ön cəbhədə döyüşən hərbçiləri xəstəliklərdən müdafiə etmiş olarıq. Bu gün xəstəliyin geniş yayılması çox təhlükəlidir. Xəstəxanaların, tibb işçilərinin diqqəti cəbhəyə yönəldiyi bir dövrdə onları bu vacib missiyadan ayırmaq olmaz. Ona görə də, özümüzü və döyüşən qüvvəmizi qorumalıyıq. Bunun üçün isə vacib şərt şəxsi gigiyena qaydalarını gözləmək, maskadan istifadə etmək, kütləvi toplantılara mümkün qədər şərait yaratmamaq, sosial məsafəni saxlamaqdır.

 

Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri çox düşünülmüş formada aparılır. Kütləvi informasiya vasitələrinin, tibb işçilərinin və qeyri-hökumət təşkilatlarının apardığı maarifləndirmə işləri də öz töhfəsini verir. Əgər vətəndaşlarımız bu yüngülləşmə tədbirlərindən düzgün və qaydasında faydalansalar, payız mövsümünü rahat və problemsiz keçirə bilərik. Gigiyena qaydalarına riayət edilməsi, maskanın taxılması, sosial məsafənin qorunması kimi tədbirlər bizim hər birimizi payız-qış mövsümü üçün xarakterik olan digər respirator xəstəliklərə yoluxmaqdan da qoruya bilər”.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib