ATU-nun rəhbər şəxsləri Dövlət Attestasiyası imtahanlarının gedişini izləyiblər  
08.06.2023 16:38

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev və Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov Bakı Sağlamlıq Mərkəzində, Stomatoloji Mərkəzdə və Əczaçılıq korpusunda I Müalicə-profilaktika, Stomatologiya və Əczaçılıq fakültələrinin məzun kurslarının Dövlət Attestasiyası imtahanlarının gedişini izləyiblər.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Qeyd olunub ki, məzun kursları üçün iyunun 6-dan 24-dək təşkil olunan Dövlət Attestasiyasının gedişinə universitetin Tədris və müalicə işləri üzrə prorektoru, Tədris departamentinin rəhbəri, eləcə də fakültələrin dekanları, dekan müavinləri tərəfindən mütəmadi nəzarət edilir.

 

Tədris departamentinin rəhbəri K.Yaqubov imtahan prosesində heç bir problemin olmadığını, məzunların universitetin daxili nizam-intizam  qaydalarına uyğun olaraq imtahan verdiklərini bildirib. O, Bakı Sağlamlıq Mərkəzi ilə bağlanan müqaviləyə əsasən, Müalicə-profilaktika fakültəsində “Müalicə işi” ixtisası üzrə təhsil alan tələbələrin Təlim Bazasında təlimlərə qoşulduğunu və iyunun 6, 7, 8, 9, 10 və 12-də “Daxili xəstəliklər”, “Cərrahi xəstəliklər” və “Ginekologiya” fənlərindən bacarıq imtahanı verəcəklərini qeyd edib.

 

Departament rəhbəri yaz semestrinin yay imtahan sessiyası ilə bağlı da məlumat verib. O, Boloniya Bəyannaməsinə uyğun olaraq, hər semestr 15 həftə tədris, 5 həftə isə imtahan prosesinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib: “Bu səbəbdən universitetimizdə iyunun 1-dən iyulun 4-dək imtahan prosesi olacaq. Üzrlü səbəbdən imtahanlara qatılmayanlar və ya “F” qiyməti alanlar 7, 10, 11 iyulda təkrar təşkil olunacaq imtahanlarda iştirak edə biləcəklər. Tələbə imtahandan “F” alıbsa, fənni təkrar dinləmədən, iki fəndən kreditin 25 faizini ödəmək şərti ilə imtahana qatılmaq hüququndan yararlanacaq. 

 

İyunun 1-dən etibarən Əczaçılıq fakültəsinin 1,2,3, Stomatologiya fakültəsinin 1,2,3,4, Müalicə-profilaktika fakültəsinin “Müalicə işi” ixtisası üzrə 4,5, “Tibb” ixtisası üzrə 1,2,3, o cümlədən İctimai səhiyyə fakültəsinin 4 ixtisas - “Tibbi-profilaktika” 4,5, “İctimai səhiyyə” 1,2,3, “Tibb bacısı” 1,2,3, “Fizioterapiya və tibbi reablitasiya” ixtisası üzrə 1,2,3-cü kurs tələbələri imtahan sessiyasında iştirak edəcək”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır