Nature Cell Biology: Oleik turşusu ilə zəngin pəhriz insan ömrünü uzadır
17.05.2023 12:12

Araşdırmalar göstərib ki, zeytun yağı və qoz-fındıq yağlarından zəngin olan, lakin adi pəhrizlərdən daha az ət ehtiva edən Aralıq dənizi pəhrizi edən insanlar daha uzun və sağlam yaşayırlar.

Aztibb.az phys.org-a istinadən xəbər verir ki, Stanford Tibb Məktəbinin rəhbərlik etdiyi tədqiqatçılar, monodoymamış yağ turşularının laboratoriya qurdlarının ömrünü uzatmaq üçün hüceyrə səviyyəsində fəaliyyət göstərdiyini aşkar ediblər. Bu kəşf pəhriz, yağ və uzunömürlülük arasındakı mürəkkəb əlaqəni göstərib.

Tədqiqatçılar Aralıq dənizi pəhrizindəki yağlardan biri olan oleik turşunun iki əsas hüceyrə strukturunu artırdığını və oksidləşmə adlanan kimyəvi reaksiya zamanı hüceyrə membranlarını zədələnmədən qoruduğunu aşkar ediblər.

Təcrübə zamanı olein turşusunun qoruyucu təsirinin olduğu müəyyən edilib. Oleik turşusu ilə zəngin bir pəhriz ilə qidalanan qurdlar, standart pəhriz ilə qidalananlardan daha uzun yaşayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev