Tədqiqat: Süni intellekt mədəaltı vəzi xərçəngini 3 il əvvəl proqnozlaşdıra bilir
11.05.2023 15:40

Yeni bir araşdırmaya görə, süni intellekt artıq üç ilə qədər insanın mədəaltı vəzi xərçənginin olub-olmayacağını proqnozlaşdıra bilir.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Tədqiqat göstərib ki, süni intellekt xəstənin tibbi qeydlərindən istifadə edərək erkən mərhələlərində bilinməsi çətin olan ölümcül xəstəlik üçün kimin risk altında olduğunu müəyyən edə bilər.

 

"Nature Medicine" jurnalında dərc edilən araşdırma, süni intellektə əsaslanan əhalinin skrininqindən istifadə edərək mədəaltı vəzi xərçənginin potensial hallarının aşkar oluna biləcəyini göstərib.

 

Əhalinin skrininqi bir qrup insan arasında müəyyən xüsusiyyətin yayılmasına baxmaq üçün tibb mütəxəssisləri tərəfindən genetik test və ya oxşar üsulların tətbiqidir. O, müəyyən xəstəliklərin spesifik biomarkerini müəyyən etməyə kömək edə bilər.

 

Tədqiqata Harvard Tibb Məktəbi və Kopenhagen Universitetinin tədqiqatçıları rəhbərlik ediblər.

 

Araşdırmada tədqiqatçılar Danimarka və ABŞ-dan olan 9 milyon xəstənin klinik məlumatlarına süni intellekt alqoritmini tətbiq ediblər. Onlar xəstə məlumatlarından diaqnostik kodları oxumaq və onları mədəaltı vəzi xərçəngi ilə əlaqələndirmək üçün süni intellektə öyrənmə modellərini öyrədiblər.

 

Tədqiqatçılar müxtəlif vaxtlarda (altı ay, bir il, iki il və üç il) potensial diaqnoz üçün süni intellekt modellərinin müxtəlif versiyalarını sınayaraq onların metodunun "mədəaltı vəzi xərçəngini kimin inkişaf etdirəcəyini proqnozlaşdırmaqda indiki əhali miqyasında olduğundan əhəmiyyətli dərəcədə daha dəqiq olduğunu" tapıblar. 

 

Bununla belə, yeni texnologiya hələ ilkin mərhələdədir və daha bir çox sınaqlardan keçməlidir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır