Kimyaçı alimlər metabolik enzimlərin yeni nəsil inhibitorlarını yaradıblar
11.05.2023 12:02

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası və Polimer Materialları institlarının alimləri türk həmkarları ilə birgə apardıqları beynəlxalq müştərək tədqiqatlar nəticəsində metabolik enzimlərin yeni nəsil inhibitorları alınıb.

 

Aşqarlar Kimyası İnstitutundan Aztibb.az-a bildirilib ki, sintez olunan yeni birləşmələrin bəzi metabolik fermentlər üzrə inhibitor fəallığı araşdırılıb və standart dərman maddələri ilə müqayisə edilib.

 

Molekulyar dokinq simulyasiyaları vasitəsi ilə bioloji təsirləri incələnən yeni inhibitorların metaloenzimlərin standart birləşmə kimi akarboza ilə üstün keyfiyyət göstəricilərinə malik olduğu və gələcəkdə patoloji proseslərə qarşı potensial dərman maddəsi kimi istifadə edilə biləcəyi təsdiqlənib.

 

Alimlərimiz tərəfindən müfəssəl şəkildə aparılmış tədqiqatın nəticələri “ChemistrySelect” jurnalında məqalə şəklində dərc edilib.

 

Qeyd edək ki, nüfuzlu “Wiley” nəşriyyatının “Web of science” bazasında arxivləşən bu jurnalın impakt faktoru 2.307-dir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır