Sumqayıt Tibb Mərkəzində AKSİYA: 120-dən çox vətəndaş oftalmoloji müayinədən keçib
29.04.2023 08:28
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi (STM) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tibbi aksiya keçirib.
 
STM-dən Aztibb.az-a bildirilib ki, Mərkəzin 2 nömrəli Şəhər Xəstəxanasının Göz şöbəsində təşkil olunan tibbi aksiyada 120-dən çox şəhər sakini oftalmoloji muayinələrdən keçib. Aparılan müayinələrdən sonra gözlərində problem müşahidə olunan şəxslərə qoyulan diaqnoza uyğun müvafiq tibbi təyinat yazılıb.
 
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova aksiyanın gedişi ilə maraqlanıb, müayinədən keçən vətəndaşlarla həmsöhbət olub.
 
Aksiyanın keçirilməsində məqsəd onların səhhətləri ilə bağlı problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.
 
Qeyd edək ki, bu kimi aksiyalar il ərzində mütəmadi olaraq keçiriləcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir