Toksik ailə üzvü ilə mübarizədə 6 metod
29.04.2023 10:27

Unutmayaq ki, müqəddəs olan ailə deyil, hər bir insanın fiziki və psixoloji şiddət görmədən, güvənli bir yuvada yaşamaq hüququdur.

 

Aztibb.az xəbər verir ki, uzman psixoloq Cəmilə Rəhimli toksik ailə üzvü ilə mübarizə aparmaq üçün 6 metodu tövsiyə edib:

Onları dəyişdirə bilməyəcəyinizi qəbul edin:

Yəqin ki, dəfələrlə cəhd etmisiniz və bilirsiniz ki, etdiyiniz və ya dediyiniz heç bir şey onları dəyişdirməyəcək.

Bu situasiya ilə bağlı necə hiss etdiyinizi dəyişdirməyə fokuslanın.

Özünüz və həyatınız haqqında onlarla bölüşdüyünüz məlumatları məhdudlaşdırın:

Özəl həyatınızla bağlı yenilikləri bölüşməyin və şəxsi suallara cavab verməyin. "Bu mövzu haqqında danışmaq istəmirəm" deyib, mövzunu dəyişdirin.

Onların razılığını almağa çalışmayın:

Əgər hər dəfə onlar tərəfindən təsdiqlənməyə çalşsanız, hər dəfə də onları razı salmağa çalışacaqsınız və daha da incidiləcəksiniz.


Onlara öz sərhədlərinizi bildirin:

Sizə qarşı necə davranmalarını gözlədiyinizi və sərhədlərinizi pozduqları təqdirdə nə edəcəyinizi izah edin.

Çox güman ki, onlar sərhədlərinizi pozacaqlar və siz bunun nəticələrinə əməl etməlisiniz.

Planlı bir çıxış strategiyanız olsun:

Yenə bir mübahisənin və ya davanın başladığını hiss etdiyinizdə, bu münaqişəyə girməyin.

Bu cür gərginlikləri, vəziyyət daha da pisləşmədən, oradan uzaqlaşmanız gərəkdiyinin bir işarəsi olaraq qəbul edin.

Sizi həqiqətən dəstəkləyən insanlara güvənin:

Sizi önəmsəyən və sizə həqiqətən dəyər verən insanlardan ibarət bir sosial ətrafa sahib olmaq, mental sağlamlığın əsas faktorudur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır