ATU-nun professoru Başqırdıstan Dövlət Tibb Universitetində tələbələrə master-klaslar keçib
28.04.2023 10:47

Akademik mobillik proqramına uyğun olaraq, ATU-nun Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəylinin Başqırdıstan Dövlət Tibb Universitetinin (BDTU) Nevrologiya kafedrasında apardığı dərslər başa çatıb.

 

Bu barədə Aztibb.az-a ATU-dan bildirilib.

 

Asiya və Afrikadan olan BDTU tələbələri Azərbaycanın tanınmış professorundan ingilis dilində təhsil almaq imkanını yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, A.Məmmədbəyli BDTU-nun klinikasında mükəmməl master-klaslar keçirib və uşaqlarda mukopolisaxaridozun nadir forması haqqında öz klinik nümunələri, fotoşəkillər və videogörüntülər vasitəsilə maraqlı mühazirə oxuyub.

 

“Biz Bakıdan bir nevroloqun Ufaya ilk səfərindən çox məmnunuq və növbəti əməkdaşlığı səbirsizliklə gözləyirik. Universitetlərarası müqavilə tərtib olundu, gələcək planlar müzakirə edildi. Azərbaycandan olan tələbələr 2023-cü ilin may ayında “Nəzəri və praktiki təbabətin problemləri” mövzusunda keçirəcəyimiz beynəlxalq Tələbə və Gənc Alimlərin 88-ci Ümumrusiya Elmi Konfransında iştirak edəcəklər. Biz artıq qarşılıqlı dostlar tapmışıq və professor Məmmədbəylinin köməyi ilə kafedra, universitet mərkəzləri və layihə ofislərinin işi çərçivəsində əməkdaşlıq üçün dünyanın və MDB-nin müxtəlif ölkələrində yeni dostlar qazanmağı planlaşdırırıq”, - deyə əməkdaşımızın səfərinin təşəbbüskarı olan BDTU-nun professoru, nevroloq Leyla Əhmədova bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır