Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
26.04.2023 17:18
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
 
 
Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, aksiyada ATU-nun rektoru Gəray Gəraybəyli, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, həmçinin universitetin və nazirliyin kollektivləri iştirak ediblər.
 
Aksiyanın keçirilməsində əsas məqsəd Ümummilli Liderin yaşıllaşdırma ənənələrini davam etdirməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etməkdən ibarətdir. Həmçinin, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməklə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir. “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan aksiyada qeyd olunub ki, bu il ərzində ölkə ərazisində 3 milyon ağacın əkilməsi hədəf götürülüb. Bildirilib ki, bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalmaqla, həm də paytaxtda, ümumilikdə Abşeron yarımadasında ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq.
 
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən aksiya zamanı Müşfiqabad qəsəbəsində Bakı və Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olaraq 1 hektar əraziyə 650 ağac əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, müvafiq təmizlik işləri aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir