“Beynəlxalq tibb hüququ haqqında ümumi müddəalar” adlı kitab çapdan çıxıb
26.04.2023 13:04

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Fatimə Hüseynovanın “Beynəlxalq tibb hüququ haqqında ümumi müddəalar” kitabı nəşr olunub.

 

BDU-dan Aztibb.az-a verilən məlumata görə, BDU-nun Hüquq fakültəsinin 95 illiyinə həsr olunan kitab Azərbaycan Respublikasında beynəlxalq tibb hüququ haqqında ilk nəşrdir.

 

Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin baş redaktu olduğu fundamental əsərdə beynəlxalq tibb hüququna və onun ayrı-ayrı institutlarına doktrinal anlayış verilir, tibb fəaliyyəti üzrə münasibətlərin və əlaqələrin hüquqi tənzimlənməsinin xüsusiyyətləri şərh edilir. Müasir dövrdə səhiyyə, təbabət və tibb sferasında baş verən qlobal inteqrasiya prosesləri fonunda əhalinin maariflənməsi, cəmiyyətdə hüquqi düşüncə və tibb mədəniyyətinin formalaşması baxımından kitab mühüm əhəmiyyətə malikdir.

 

Kitabdan ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, tibbi hüquq elmi sahəsində çalışan mütəxəssislər, praktik işçilər və digər şəxslər faydalana bilərlər.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub