Tibbdə İKT-nin tətbiqi sahəsində Almaniya təcrübəsinin öyrənilməsinə dair müzakirələr aparılıb
14.04.2023 11:11

Almaniyanın Deggendorf Texniki Universitetinin professorları – Siegfried Jedamzik və Horst Kunhardt, bu elmi qurumda tibbi informatika üzrə təhsil alan azərbaycanlı tələbə Fidan Rəhimli və İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) bir qrup əməkdaşı arasında onlayn görüş keçirilib.

 

Aztibb.az-a İTİ-dən verilən xəbərə görə, görüşdə tibbi informatika, e-tibb, süni intellekt, Big Data, kibertəhlükəsizlik, IV Sənaye inqilabı və rəqəmsal transformasiyalar kontekstində tibbi məlumatların toplanması, intellektual emalı və s. kimi məsələlər müzakirə olunub.

 

Eyni zamanda, görüş çərçivəsində müvafiq istiqamətdə əməkdaşlıq münasibətlərinin qurulması perspektivləri, tibbdə İKT-nin tətbiqi sahəsində Almaniyanın təcrübəsi, xüsusən yüksəkixtisaslı kadrların hazırlanması, kadr mübadiləsi, hər iki qurumun alim və mütəxəssislərinin iştirakı ilə tədqiqatların aparılması, qrant layihələrində birgə iştirak, elmi seminarların təşkili, əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması və s. ətrafında fikir mübadiləsi aparılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır