Qazax Rayon Mərkəzi Xəstəxanasının Daş Salahlı kənd həkim məntəqəsində səyyar tibbi göz müayinəsi təşkil edilib
12.04.2023 08:54
Qazax Rayon Mərkəzi Xəstəxanasının Daş Salahlı kənd həkim məntəqəsində akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə səyyar tibbi göz müayinəsi təşkil edilib.
 
Aztibb.az-a bu barədə Xəstəxanadan məlumat verilb.
 
Aksiyada iştirak edən kənd sakinləri həkim-oftalmoloqlar tərəfindən müayinə edilib, onların görmə itiliyi, göz təzyiqi yoxlanılıb və zəruri müalicə tədbirləri müəyyənləşdirilib.
 
Ehtiyacı olan xəstələr daha dərin müayinə və müalicə üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.
 
Qazax Rayon Mərkəzi Xəstəxanasının tibbi avadanlıqlarla təchiz olunmuş səyyar həkim briqadası tərəfindən aparılan müayinə tədbirləri günün sonuna kimi davam edib.
 
Xəstəxananın həkim-oftalmoloqu Rahilə Əhmədovanın sözlərinə görə, aksiyanın keçirilməsində əsas məqsəd əməkdaşları iş prosesindən ayırmadan onların göz patalogiyalarını aşkar etmək və monitorinqlər aparmaqdır.
 
Göz müayinəsinin keçirilməsi üçün səyyar briqadanın səmərəli texniki imkanlara malik olduğunu söyləyən Rahilə Əhmədova aparılan müayinələr zamanı quru göz sindromu və spazm kimi patalogiyaların aşkarlandığını diqqətə çatdırıb. O, bu patalogiyaların kompüterlə sıx təmasda olan insanlar üçün xarakterik olduğunu bildirib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir