ATU-nun Tədris Cərrahiyyə Klinikasının 14 həkimi könüllü olaraq cəbhə bölgəsində fəaliyyət göstərir
09.10.2020 12:21

Ölkəmizdə fəaliyyət göstərən əksər tibb ocaqları kimi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası da cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Klinikanın həkimləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərimizdən, eləcə də erməni təxribatı nəticəsində xəsarət alan mülki əhalidən köməyini əsirgəmir. Universitetin rektoru, professor Gəray Gəraybəylinin tapşırığına əsasən, klinikanın təcili yardım, reanimasiya, əməliyyatxana və digər şöbələri yaralıların qəbulu üçün tam hazır vəziyyətə gətirilib. Universitetin və klinikanın 14 əməkdaşı könüllü olaraq cəbhə bölgəsinə gedərək, yaralı vətəndaşlara və əsgərlərə tibbi xidmət göstərir.

 

Klinikanın baş həkimi, professor Ramiz Poluxov AZƏRTAC-a bildirib ki, əsasən, ümumi cərraha, eləcə də, kardiocərrah, üz-çənə cərrahı, travmatoloq, reanimotoloqa daha çox ehtiyac var. Hazırda klinikanın 60-dan çox həkimi isə könüllü olaraq cəbhə bölgəsində işləmək üçün öz növbəsini gözləyir.

 

“Azərbaycan xalqı sülhsevər xalqdır, heç vaxt qan tökülməsini istəməyib. Ölkə rəhbərliyi 30 ildir ki, dözümlülük göstərərək münaqişənin sülh yolu ilə həllinə çalışırdı. Lakin Ermənistan rəhbərliyinin həyata keçirdiyi siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarına son qoyub və bu gün də onlar öz təcavüzkar siyasətini davam etdirir. Ona görə də Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında öz tarixi torpaqlarını qaytarmaq üçün mübarizəyə qalxıb. Təəssüf ki, müharibə itkisiz olmur. Mən Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda vuruşan bütün qəhrəman övladlarımızın valideynləri qarşısında baş əyirəm. Şəhidlərimizə Allahdan rəhmət, yaralı övladlarımıza tezliklə şəfa diləyirəm. Qələbə bizimlədir!”, - deyə baş həkim qeyd edib. 

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib